FotoJet 2022 12 12T193757.868

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.

Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdidirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

b64370e8 a6e7 3585 9fa1 b630dc575f50 a7c2f24b 0a1e 3480 b706 0cd0de6b787f f51341e8 74e7 34a6 9fd7 aaa123f02339 193bcc2e 89cd 3521 b302 59434e064cbf 52da960a add6 32c1 a83c d8b44fd086a7 3deda41f c4c9 364b 9aa4 b3a1f389b727 f9f210eb 3c50 3530 9d77 1a7686ddd206 7c896a29 2233 3eff 9aa3 06aabbc70545 4b6b9996 4869 3fd9 a230 5c2a7f018273 23adce22 f7be 3b7f 93d7 30e165fd01aa 10d6baed b6ca 32eb 9e0a d96cf43a541a 4b8ad3e0 1cdf 3c7f b46d 4564030c2824 71c1adc6 6cf8 33a0 9dcf 0fe1045d98e2 55ada753 c702 3a67 a447 86ba09e1c131 e3627967 38cd 3def 9ccb 0a869406d2a3 f5727fc8 8099 31ca b46e bd1971618ed6 9df31a8a b576 3ef4 bf62 01ca1d4e834f

***

Xankəndi-Şuşa yolunda azərbaycanlı fəallar və QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası davam edir.

Globalinfo.az-ın məlumatına görə, gecə saatları olmasına baxmayaraq nümayəndə heyəti ərazidən uzaqlaşmayıb.

Qeyd edək ki, onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun gəlməsini gözləyirlər.

Paylaş: