“Nikol Paşinyan hökuməti qeyri-legitimdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ana Ermənistan Blokunun rəhbəri Andranik Tevanyan qeyd edib.
“Bu hökumət daxili və xarici oksigen təchizatı sayəsində yaşayır. Paşinyana xaricdən oksigeni Qərb-Türkiyə dairələri tədarük edir. Onlar üçün əsas məsələ Ermənistanı anti-Rusiya və anti-İran yönlü etməkdir. Daxili tədarükçülər isə həqiqətə dözə bilməyib, küy qaldıranlardır.
Bu hakimiyyəti dəyişmək üçün xalqa dəqiq xarici siyasət və təhlükəsizlik sisteminə alternativi təqdim etmək, hakimiyyətin hazırkı müflisliyini açmaq və real sülhə çatmaq imkanlarını göstərmək lazımdır”, – o bildirib.
Qeyd edək ki, A.Tevanyan rusiyayönlüdür. O, Robert Köçəryanın Ermənistan siyasətindəki əsas kadrlarından sayılır.
Əliyar Xəlil
Globalinfo.az














