Xocalıda 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb.O, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.
Allah rəhmət eləsin!