HƏMAS-ın müvəqqəti rəhbərinin adı bilindi

HƏMAS-ın müvəqqəti rəhbərinin adı bilindi

HƏMAS müvəqqəti rəhbərlik edəcək şəxsin adı məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatına təşkilata yaxın mənbələrdən məlumat sızdırılıb.

Qeyd olunub ki, bu vəzifəni Xalid Maşal icra edəcək.

Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gecə Tehranda raket zərbəsi nəticəsində qətlə yetirilib. O, yeni seçilən İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak üçün İrana səfər etmişdi.