orban

Qərb bütün dünyaya Rusiyaya qarşı çıxmağı əmr etdi, amma reallıq ayrıdır.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstan baş naziri Viktor Orban deyib. Onun sözlərinə görə, artıq dünyada hər kəs yavaş-yavaş Rusiyanı dəstəkləməyə başlayır:

“Qərb əmr verdi ki, dünya Rusiyaya qarşı mövqe tutub, Qərbi mənəvi olaraq dəstəkləsin. Reallıqda isə hər kəs yavaş-yavaş Rusiyanı dəstəkləməyə başladı”.

O, Çin və Şimali Koreyanın Rusiyanı dəstəkləməsindən təəccüblənmədiyini, amma İran, Hindistan, Türkiyə və müsəlman dünyasının Rusiyanı tərəfdaş kimi qəbul etdiyinin onun üçün gözlənilməz olduğunu söyləyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: