
***26.07.2024 23:30
Bir neçə gündür ki, Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin Rusiyada 9 il həbsdə olduğu iddia edilir. İctimaiyyət həmin şəxsin törətdiyi əmələ görə “MedEra” klinikasının rəhbərini günahlandırır. İnsanlar deyir ki, əksər xəstəxanalarda mühafizəçilər qeyri-peşəkarlardır. Ona görə də klinikalara gələn şəxslərlə aqressiv, kobud davranırlar. Bir çoxlarını iki sual düşündürür:
Görəsən, Ağadadaş Ağayev və onu döyən gözətçi Nurəddin Cəlilovu hansı cəza gözləyir? “Medera” klinikasının rəhbərliyi – sahibi, direktoru, baş həkimi məlum insidentə görə məsuliyyət daşıyırmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Elçin Sadıqovun sözlərinə görə, çox güman ki, mühafizəçi klinikaya işə götürülən zaman mühafizə şirkəti ilə müqavilə imzalayıblar.
Vəkil deyib ki, işə götürülən şəxsin məhkumluğunun olub-olmamasını araşdırmaq mühafizə şirkətinin üzərinə düşür.
Daha ətraflı videoada:
Zaira Akifqızı
Globalinfo.az














