Moskvadan yeni TƏKLİF: “Bakı və İrəvan bunu edə bilər”

Moskvadan yeni TƏKLİF: "Bakı və İrəvan bunu edə bilər"

“Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ilə bağlı öhdəlik götürüb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, belə bir dəstəyin həcmi və formaları həm Bakı, həm də İrəvan üçün məqbul olmalıdır:

“Biz tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqların aparılması üçün platforma təqdim etməyə hazırıq.  Hər iki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülh arxitekturasının əsası hesab edirik. Bunu kənar qüvvələr yox, region ölkələri həyata keçirməlidir”.

Əliyar Xəlil
Globalinfo.az