Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın küçədə öldürülməsi barədə yeni məlumatlar məlum olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Qəribovanı öldürən keçmiş yoldaşı İlqar Qəribov mərhumun bibisioğlu imiş.
Qeyd edək ki, R.Qurbanova saç ustası işləyirmiş.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.

