647dcf96db4d0647dcf96db4d11685966742647dcf96db4ca647dcf96db4cd

NATO-nun xarici işlər nazirləri səviyyəsində sammiti iyulun 9-11 arasında baş tutacaq. Sammitə Azərbaycan və Ermənistan da dəvət edilib.

Rəsmi Bakı sammitə qatılacaq?

Globalinfo.az- a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan NATO sammitində xarici işlər naziri səviyyəsində təmsil olunacaq:

“Həmçinin Vaşinqton Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edib. Bununla belə, hesab edirəm ki, indiki məqamda belə bir görüşə ehtiyac yoxdur.  Belə ki, Azərbaycan və Ermənistan ikitərəfli danışıqları davam etdirir və növbəti görüşün Vaşinqton deyil, Almatıda olması daha vacibdir. ABŞ Azərbaycanla Ermənistan arasında açıq vasitəçi olmağa çalışır.

Düzdür, Vaşinqtonun Ermənistana siyasi təzyiqləri fonunda İrəvan bir çox məsələlərdə Azərbaycana güzəştə gedib. Təbii ki, bununla, ABŞ Cənubi Qafqazda real sülhün əldə edilməsi fonunda Rusiyanın regionda zəifləməsinə çalışır.

ABŞ Azərbaycanla Ermənistan arasında COP 29-a kimi yeni sazişin bağlanması istiqamətində ikitərəfli danışıqlar aparır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: