putin 15

Xəbər verdiyimiz kimi, Astanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Görüş Astananın “Rits Karlton” otelində keçirilir.

Putin görüş zamanı Azərbaycan Prezidentinə Şimal-Cənub dəhlizinin inkişafı məsələlərini müzakirə etməyi təklif edib. O həmçinin iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib.

V.Putin Azərbaycanla ticarət dövriyyəsinin 2024-cü ilin ilk yarısında 13% artdığını deyib.

Paylaş: