trump putin 0a773c04a1d6926b7353498242517e07f04e3714 scaled 1

ABŞ prezidentliyinə namizəd Donald Tramp hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparır. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politiko” nəşri çıxış edib.

Nəşr yazır ki, Tramp Rusiyanın Ukraynada ələ keçirdiyi ərazilərinin təqribən nə qədərinə nəzarəti saxlaya biləcəyini maraqlanır. Hətta D.Tramp ABŞ prezidenti seçiləcəyi zaman NATO-nun şərqə, əsasən, Ukrayna və Gürcüstan istiqamətində irəliləməsinin doğru olmadığını düşünür.

Onun danışıqlarda məsələni gündəmə gətirəcəyi, Rusiya Prezidentinə bu məzmunda arqumentlər təklif edəcəyi iddia olunur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: