Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə şəxsən baxış keçirib. O, Ukrayna tərəfindən vurulan körpüdə yenidənqurma işləri ilə tanış olub.
Globalinfo.az xəbər verir ki, “Mercedes” markalı avtomobillə körpüdə baxış keçirən Putinin üst geyimi diqqət çəkib.
Belə ki, Rusiya liderinin italyan markası “Loro Piana”dan olan üst geyiminin qiymətinin 3100 dollar ( 5 270 AZN) olduğu üzə çıxıb.
Digər tərəfdən, Putinin “Mercedes” markalı avtomobili idarə etdiyi görünüb. Putini tənqid edən bəzi sosial media istifadəçiləri “Niyə Almaniya istehsalı olan “Mercedes” əvəzinə Rusiya istehsalı olan avtomobildən istifadə etmir?” şərhini yazıb.(unikal.org)













