295549

Sosial şəbəkələrdə 2 gün öncə özünü qatarın altına atan şəxsin qan izlərinin təmizlənmədiyinə dair məlumat yayılıb. İddia edilib ki, həmin şəxsin qanı dəmiryolunda qaldığından insanlar narahatlıq keçirirlər.

Globalinfo.az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təkzib edib.

O, hadisə baş verdiyi yerin elə həmin gün yuyulduğunu bildirib:

“Tunellərdə görülən sarı, tünd qəhvəyi və qırmızıyaçalan isə başqa rənglərdir. Hadisə baş verdikdən sonra gecə ora təmiz yuyulub. Səhər hətta özümüz də gəlib yoxlamışıq. Qan bildikləri rəngləri başqa stansiyalarda da görə bilərlər. Axıntı olan yerlərdə hər hansı iş görüləndə, tunel yuyulanda həmin rənglər görülə bilər. Qatı qan rənginə yaxın olsa da, qan ləkəsi deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: