Naxcivan 123

Hazırda Naxçıvan Muxtar Respublikasında 99 min 695 ailə yaşayır.

Bu barədə Globalinfo.az-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, bu, ötən illə müqayisədə 643 ailə çoxdur.

Bildirilib ki, muxtar respublikada mövcud olan 488 şəhid ailəsindən 81-i, 514 qazi ailəsindən isə 245-i mənzillə təmin olunub. Həmçinin özünüməşğulluq proqramı çərçivəsində 1 398 ailə özünüməşğulluğa cəlb edilib.

Paylaş: