Varşavanın şimalındakı ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.
Bu barədə Polşa KİV-i bildirib.
Məlumata görə, ticarət mərkəzinin binası tamamilə dağılıb.
Ərazidə artıq yanar materiallar, tekstil məmulatları olduğu üçün yanğın sürətlə yayılıb.
Yanğının səbəbi hələlik məlum deyil.
***11:52
Polşanın paytaxtı Varşava şəhərində böyük ticarət mərkəzində güclü yanğın olub.
Globalinfo.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Hadisə nəticəsində ticarət mərkəzi tam yanıb.
Təfərrüat açıqlanmır.