e08020ad 210c 389c b819 b2dd7e56b5ed 850

HƏMAS Qəzza danışıqlarından geri çəkilməyib.

Globalinfo.az xəbər verir ki, bunu hərəkatın Siyasi Büro üzvü Xəlil əl-Heya bildirib.

Onun sözlərinə görə, dialoq İsrailin addımları səbəbindən dalana dirənib.

“Biz danışıqları dayandırmamışıq və ya danışıqlar prosesindən geri çəkilməmişik. Lakin İsrailin Rəfahdakı təcavüzü səbəbindən dialoq dalana dirənib. Hazırda heç bir danışıqlar aparılmır və Netanyahunun dediyi hər şey yalnız öz ambisiyalarını təmin etmək məqsədi daşıyır”, – HƏMAS nümayəndəsi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: