66093a391774166093a3917742171188076166093a391773f66093a3917740

Xocalı şəhərinin mərkəzində, keçmiş Xalça fabrikinin yaxınlığında aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin 7-si də ölümündən əvvəl ağır işgəncələrə məruz qalıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ədalət Həsənov qeyd edib ki, aparılan tibbi müayinələr zamanı onların üzərində zorakılıq əlamətləri olub: “Bu gün dəfn edilən 7 nəfərin hamısında küt alətlərlə xəsarət izləri vardı. Hətta küt alətlərdən başqa 2 nəfərdə güllə yarası da aşkarlandı”.

Qeyd edək ki, hazırda ərazidə qazıntı işləri davam etdirilir.

Paylaş: