Belarus Prezidenti Aleksandr Lukaşenko tezliklə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Lukaşenkon özü yayıb.
Bununla belə, o, görüşün əsas gündəminin nə olacağını açıqlamayıb.
Qeyd edək ki, bundan öncə Belarusun xarici işlər naziri Vladimir Makey gözlənilmədən dünyasını dəyişib. Lukaşenkodan sonra onun yerinə əsas namizəd sayılan Makey Minskin Qərblə məxfi danışıqlarını aparan əsas şəxs olub. Üstəlik, məhz onun sayəsində Belarus tam olaraq Rusiyanın nəzarətinə keçməməklə bərabər, yerli elita daxilində bütövlüyünü də saxlaya bilib. Makeyin ölümündən Lukaşenkonun bu siyasəti davam etdirib-etdirməyəcəyi sual olaraq qalır. Belarus liderinin Moskva tərəfindən uzun müddət hakimiyyətdə dəstəklənəcəyi də hələlik qaranlıq məsələ hesab edilir.
İlkin
Globalinfo.az