Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib

Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilmiş, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə (onlardan 2 nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

n9bQNV1yDEBwUdTNNy1NVy5LrcA8FMdmCO39JuP5 Qaj4AUnc2E77NtyHNTNJtDpaM1HIz4IhdcWXwgvP X09S9NGYMhodTsWFcerstdp904QI5ChqcTJPyqbq a8fqqplVLoP3B3rOHDRzOpqfX5epYCVES0FIS1WR 39dKhBkCJBGkD1PnoVSDXIXkZRAXmtC6UUB6gzcu

Paylaş: