screenshot 35.thumb

Qarabağın işğalı üçün kütləvi nümayişlərə başlanmasının 36-cı ildönümündə Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçirilib. 

Globalinfo.az xəbər verir ki, aksiya iştirakçıları Qarabağın itirilməsində Ermənistan hakimiyyətini günahlandırıblar.

Onlar binanın qarşısına domino, nərd, tennis və başqa oyunlar gətirib, XİN-i fəaliyyətsizlikdə ittiham ediblər.

“Qarabağ üçün heç bir addım atmayan XİN nümayəndələri gətirilən oyunlarla zamanlarını keçirə bilərlər”, – aksiyaçılar bildiriblər.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: