
Azərbaycanda İslam bankçılığı sistemi yaradılacaq.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, İslam bankçılığı vətəndaşların marağına səbəb olacaq.
Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür.
Borca görə dəbbə pulu hesablanmır.
Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur.
Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.
“Xəzər Xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: