46913f8e 46e1 399f 83e9 e1370b01ed75 850

Fevralın 6-da Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.

Əhməd İsmayılov ikitərəfli əməkdaşlığın genişləndirilməsi və fəal informasiya mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırıb.

Mərakeşli jurnalistlər görüşün təşkilinə görə təşəkkürlərini bildirib, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media sahəsində effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunublar.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

d7a456d0 cd07 3085 a8a4 d91126da48fa 850 b5285e23 6813 3b2b 9b40 fddb25d57e45 850 65f82088 1788 38a1 a552 8d6007f89c13 850 a4a43406 9fdc 36ab a48c aa3cbabbfae2 850

Paylaş: