c1d1f140f0bf5bfd8d1e7f34f25502c8 XL

FIFA ilin ən yaxşı məşqçisini seçib.

Globalinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu ada layiq görülüb.

Belə ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı məşqçisi seçilən Qvardiola  İtaliya millisinin baş məşqçisi Luçano Spaletti və Milan “İnter”inə rəhbərlik edən Simone İzaqi ilə rəqabətdən qalib ayrılıb.

Mükafat qalibləri müəyyən edilərkən məşqçilərin 2022-ci il dekabrın 19-dan ötən ilin avqustun 20-dək qazandıqları uğurlar nəzərə alınıb.

İspaniyalı mütəxəssis karyerasında ikinci dəfə FİFA-dan mükafat qazanıb. Qeyd edək ki, Londonda baş tutan mərasimi “Match TV” kanalı canlı yayımlayacaq.

Гвардиола вернулся к работе в «Ман Сити» после операции | Футбол 24

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: