Bakıda hakimlər etiraz etdi, yarış təxirə salındı – FOTO

Bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” – MOİK qarşılaşması təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.

Əməkdaşımız məsələnin səbəbini dəqiqləşdirmək məqsədilə Hakimlər Komitəsinin sədri Eldar Zülfüqarovla əlaqə saxlayıb.

E.Zülfiqarov hazırda bununla bağlı açıqlama vermək istəmədiyini bildirib:

“Hələ ki heç bir söz deyə bilmərəm. Vaxtı gələndə açıqlama olacaq. Hakimlərin oyunu idarə etməməsi əvvəldən planlaşdırılmamışdı. Bəzi səbəblərə görə oyundan öncə belə qərar veriblər”.

Zaira Akifqızı
Globalinfo.az