FIFA ilin ən yaxşı məşqçisini seçib.
Globalinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu ada layiq görülüb.
Belə ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı məşqçisi seçilən Qvardiola İtaliya millisinin baş məşqçisi Luçano Spaletti və Milan “İnter”inə rəhbərlik edən Simone İzaqi ilə rəqabətdən qalib ayrılıb.
Mükafat qalibləri müəyyən edilərkən məşqçilərin 2022-ci il dekabrın 19-dan ötən ilin avqustun 20-dək qazandıqları uğurlar nəzərə alınıb.
İspaniyalı mütəxəssis karyerasında ikinci dəfə FİFA-dan mükafat qazanıb. Qeyd edək ki, Londonda baş tutan mərasimi “Match TV” kanalı canlı yayımlayacaq.
Əliyar Xəlil,