Yanvarın 2-də ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların dövlət borcunun ilk dəfə 34 trilyon dolları ötdüyü haqqında məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında ABŞ-ı dövlət borcunun yeni rekord səviyyəsinə görə “təbrik edib”.

“S novım dolqom”, – M.Zaxarova ironik tərzdə yazıb.

Rusiya İqtisad Universitetinin Qlobal Maliyyə Bazarları kafedrasının dosenti G.V.Plexanov isə bildirib ki, ABŞ-ın dövlət borcunun artması bu ölkənin iqtisadiyyatını defolta məhkum edib.

Onun hesablamalarına görə, yaxın 10 ildə ABŞ-ı belə bir hadisə gözləyir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: