ii marqret kralica

52 ildir ölkəni idarə edən Danimarka kraliçası II Marqret yanvarın 14-də kral taxtını tərk edəcək.

Globalinfo.az Axar.az-a  istinadən xəbər verir ki, II Marqret Yeni il çıxışı zamanı bu barədə deyib.

“Mən taxt-tacı oğlum vəliəhd şahzadə Frederikə həvalə edirəm”, – deyə o bildirib.

Xatırladaq ki, 83 yaşlı II Marqaret 1972-ci ildən Danimarka kraliçasıdır.

Paylaş: