lavrovv

“Ermənistandakı Rusiya hərbi bazasının məqsədəuyğunluğundan danışmaq risklidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsinin mümkünlüyü ilə bağlı müzakirələri zərərli hesab edirik. Bazanın yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da imzalanıb. İlk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədə əsaslanıb”, – o bildirib.

Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu “regionda sülhün təmin edilməsində əsas elementdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: