
Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş şəhərin saray-park komplekslərinə ekskursiya ilə başlayıb.
Məlumata görə, MDB ölkələrinin liderləri “Pavlovsk” muzey-qoruğunda olublar. Onlar burada Milad mahnıları ilə qarşılanıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.














