6585b24049ad96585b24049ada17032607366585b24049ad76585b24049ad8

Türkiyə və ABŞ arasında Yüksək Səviyyəli Müdafiə Qrupunun Toplantısı baş tutub.

Globalinfo.az xəbər verir ki, APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən toplantının müsbət və konstruktiv şəraitdə keçdiyi vurğulanıb.

Qeyd olunub ki, iclas zamanı ikitərəfli müdafiə sənayesi əməkdaşlığı ilə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır.

Paylaş: