Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırılıb – AZAL

Təxirə salınan reyslərin sərnişinləri Naxçıvana çatdırılıb - AZAL

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin təxirə salınan reyslərinin sərnişinləri Naxçıvana çatdırılıb.

Bu barədə Globalinfo.az-a AZAL-ın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (güclü duman) gecikib. Bakıdan Naxçıvana yola düşməli olan J2-253 nömrəli reys J2-251 nömrəli reys ilə birləşdirilib.