salatin 1

Əməkdaşımız Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirildiyi ərazidə – Laçının Qaladərəsi kəndində olub.

Globalinfo.az APA-ya istinadən ərazidən görüntüləri təqdim edir:

Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində anadan olub. “Molodyoj Azerbaydjana” qəzetində çalışan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında qanunsuz erməni hərbi dəstələrinin hücumuna məruz qalıb. Həmin silahlı hücum zamanı reportajları ilə Qarabağdakı erməni cinayətlərini işıqlandıran Salatın Əsgərova ilə yanaşı, Sovet ordusunun 3 hərbçisi də həlak olub.

İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. O, 1992-ci il 6 noyabr tarixində ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR

Paylaş: