Qüdsdə ermənilərin yaşadığı məhəllədə “İnək bağı” adlanan ərazidə israillilərlə yaşanan qarşıdurma böyüyür.
Globalinfo.az xəbər verir ki, daha öncə İsrail polisi ilə münaqişənin yaşandığı və nəticədə 3 erməninin saxlanıldığı hadisənin təfərrüatları məlum olub.
Belə ki, Qüdsün erməni patriarxı 2021-ci ildə məhəllənin bir hissəsini yəhudi şirkətinə uzunmüddətli icarəyə verib, bununla bağlı müqavilə imzalayıb. Daha sonra məsələ patriarxlıqda ciddi narazılığa səbəb olub. Onlar şirkətə müqavilədən imtina ilə bağlı sənəd göndəriblər, lakin şirkət bunu qəbul etməyib və müqaviləyə uyğun hərəkət etməyə başlayıb.
Bir müddət sonra İordaniya hakimiyyəti və Fələstin Muxtariyyəti müqaviləyə rəğmən bunu İsrailin torpaqları ələ keçirmək cəhdi kimi qiymətləndirib.
Noyabrın 5-də yəhudi şirkətinin nümayəndələri icarə müqaviləsinə uyğun olaraq əraziyə tikinti texnikası gətirib. Ertəsi gün məhəllədə yaşayan ermənilərlə İsrail polisi arasında toqquşma olub. Daha sonra internet üzərindən ermənilər üçün aktiv dəstək kampaniyası başladılıb. Onlar yəhudiləri “qanunsuz işğalçı” kimi göstərməyə başlayıblar.
Erməni KİV-ləri yazır ki, həqiqətən də bu razılaşma olub və görünür, oradakı ermənilər bilərəkdən özlərinə hücum şəraiti formalaşdırırlar. Beləliklə dəstək kampaniyasını gücləndirməyə çalışırlar. Erməni patriarxı da qəsdən təhdid edildiyini deyir. Çünki oradakı ermənilər Qarabağda yaşanan hadisələrdən sonra qorxublar. Bütün Cənubi Qafqazdakı ermənilərin acınacaqlı vəziyyətdə olduqları, Qüdsdə və dünyanın digər yerlərində olan həmvətənlərinin də öz gələcəkləri üçün qorxmağa başladığı qeyd edilir.
Ayşən Mustafa
Globalinfo.az