polis defn

Xocavənd rayonunda ermənilərin törətdiyi terror nəticəsində şəhid olan polis serjantı Camalzadə Asim Knyaz oğlu dəfn olunub.

Globalinfo.az xəbər verir ki, şəhid polis Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Xocavənddə mina terrorunda həlak olan polis Sumqayıtda dəfn edilib - FOTO

***11:13

Xocavənddə mina terrorunda şəhid olan polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib

Dəfn mərasimi fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Sonda şəhidin atasına Azərbaycan bayrağı təqdim edilib.

Xocavənddə mina terrorunda şəhid olan polis Naxçıvanda dəfn olunub - YENİLƏNİB - FOTO

X X X

Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunub.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid polis serjantı Xəzər Zamanov dəfn edilib - FOTO - YENİLƏNİB

X X X

Ermənilərin Xocavənddə törətdiyi mina terroru nəticəsində şəhid olmuş Ramil Şirinov Sumqayıtda dəfn olunub.

Globalinfo.az xəbər verir ki, şəhid polis Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xocavənddə mina terrorunda şəhid olan polis Sumqayıtda dəfn olunub - VİDEO - YENİLƏNİB

***09:36

Ötən gün erməni terrorçularının basdırdığı mina partlayışı səbəbindən həyatını itirən polis serjantı Xəzər Zamanov Azər oğlunun nəşi Bakıda yaşadığı evə gətirilib.

Globalinfo.az xəbər verir ki, onunla vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınlarıyla yanaşı, rəsmilər, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra Xəzər Zamanov Günəşlidəki Sədərək qəbiristanlığında dəfn olunacaq.

Bakıda polis serjantı Xəzər Zamanov ilə vida mərasimi keçirilir

X X X

Xocavənd rayonunda minaya düşərək şəhid olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbə sakini polis serjantı Mahmudov Seymur Elsəvər oğlu sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olub.

S. Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.

Binəqədidə Xocavənddə minaya düşərək şəhid olan polis serjantı ilə vida mərasimi keçirilir
Binəqədidə Xocavənddə minaya düşərək şəhid olan polis serjantı ilə vida mərasimi keçirilirBinəqədidə Xocavənddə minaya düşərək şəhid olan polis serjantı ilə vida mərasimi keçirilir

Paylaş: