Panama kanalı bağlandı, böhran yarandı – FOTO

Panama kanalı bağlandı, böhran yarandı - FOTO

Mərkəzi Amerikanın cənubunda yerləşən və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən Panama kanal bağlanıb.

Globalinfo.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb güclü quraqlıq səbəbindən su səviyyəsinin aşağı düşməsidir.

Kanal rəhbərliyi yük gəmilərinə və keçidlərin sayına məhdudiyyətlər qoyub. Qiymət artımları və məhdudiyyətlər buradan keçidlərin azalmasına səbəb olub.

170 ölkəni əhatə edən kanalda suyun səviyyəsinin düşməsi gəmiləri yüklərinin həcmini dəyişməyə məcbur edib və bu, daşımalarda qiymətləri artırıb. Artıq ABŞ və Çin arasında spot göndərmə qiymətləri 36 faiz çoxalıb.

Son böhran gəmi sahiblərini daha az yük daşımaq, səyahətə minlərlə mil əlavə edə biləcək alternativ marşrutlara keçmək seçimi qarşısında qoyub.

Panama kanalı bağlandı, böhran yarandı - FOTO

Əliyar Xəlil
Globalinfo.az