WhatsApp Image 2023 08 14 at 10.03.05

Erməni teleqram kanalları Qarabağda yaranan ərzaq növbələri haqda paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda guya Qarabağda insanların çörək almaq üçün növbəyə dayanması və huşlarını itirərək yıxılması əks olunub.

“Faktyoxla Lab” araşdırma apararaq fotonun orijinal olub-olmadığını yoxlayıb.

Məlum olub ki, foto 2014-cü ildə “Reuters”in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Jenzou şəhərində tələbələr üçün təşkil olunan əmək yarmarkasında yaranıb. Sözügedən yarmarkaya 50 minə yaxın tələbə qatılıb.

Qeyd edək ki, bu fakt belə Qarabağdakı ermənilərin guya blokadaya alınması və səfalət içində yaşaması haqda iddiaların tam əsassız olduğunu göstərir.

1675fdd0ec2cb55a8a968a58c84729e61691840605 f212536881baf9d3b83da5d23103a37b1691840641

Paylaş: