ABŞ Belarusa qarşı növbəti dəfə sanksiya tətbiq edib.
Globalinfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi daha 8 nəfəri “qara siyahı”ya salıb.
Siyahıda “Belavia” və Minsk Mülki Aviasiya Zavodu da daxil olmaqla 5 təşkilatın da adı var.
ABŞ Belarusun daha 101 dövlət məmuruna və onlarla əlaqəli şəxslərə də viza məhdudiyyəti tətbiq edib.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, bu qərar Belarusda demokratik institutların sarsıdılması və ya zədələnməsi səbəbindən qəbul edilib.
Sanksiya tətbiq edilən şəxslər arasında bir neçə hakim, o cümlədən Belarus Dövlət Nəzarəti Komitəsinin Maliyyə Təhqiqat Departamentinin rəhbərliyinin dörd nümayəndəsi, belaruslu iş adamı Aleksey Oleksinin ailə üzvləri də var.