zelzele 11

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

***11:17

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.

***11:11

Xəzər dənizində zəlzələ baş verib.

Globalinfo.az bildirir ki, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

Paylaş: