İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin iştirakı ilə görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

***20:05
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin rəhbər heyəti sərgidə ASELSAN, ROKETSAN, DEARSAN və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin texnologiya naziri Mehmet Fateh Kacır ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.

***09:24
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.