bogulma hovuz 12

Bakıda idman kompleksində faciəli hadisə baş verib. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə “Meqasiti” Fitness və Spa mərkəzində qeydə alınıb.

Yasamal rayon sakini, 2019-cu il təvəllüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.

Azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: