64b1653f667b864b1653f667b9168934739064b1653f667b464b1653f667b6

Baş nazirin müavini Əli Əhmədov iyulun 14-də BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva ilə görüşüb.

Nazirlər Kabinetindən Globalinfo.az-a verilən xəbərə görə, ətraflı fikir mübadiləsi zamanı 2023-cü ilin sentyabr ayında baş tutacaq Dayanaqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və Sammit çərçivəsində dünya liderlərinin Zirvə Görüşündə təqdim ediləcək İnsanlar və Planet üçün Xilasetmə Planı ətraflı müzakirə olunub.

Ölkəmizdə DİM-lərin icrası, aparılan islahatlar və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələr və onların həyata keçirilməsinin insan kapitalının inkişafına töhfəsi xüsusilə qeyd olunub.

Bundan əlavə, Azərbaycan ilə BMT arasında müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

64b1653e6eb3b64b1653e6eb3c168934739064b1653e6eb3964b1653e6eb3a scaled 64b1653ef2e4464b1653ef2e45168934739064b1653ef2e4164b1653ef2e43 scaled

Paylaş: