Nazirlikdən İTTİHAM: “Həkimlərin bu addımının qarşısı alınacaq”

Nazirlikdən İTTİHAM: "Həkimlərin bu addımının qarşısı alınacaq"

Bu gün bəzi həkimlər şəxsi maraqlara əsasən resept yazarkən müəyyən firmaların dərmanlarını qeyd edirlər.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında iştirak edən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

“Bu kimi hallarla tez-tez qarşılaşırıq. Dərmanların ticarət adlarının qeyd olunması ciddi problemlərə səbəb olur. Ona görə də elektron reseptlərin olması bu kimi halların qarşısını alacaq”,- deyə o bildirib.