Priqojinin bütün media orqanları bağlandı

Priqojinin bütün media orqanları bağlandı

“Vaqner”in təsisçisi Yevgeni Priqojin şəxsən “Patriot” media holdinqinin ləğv olunduğunu elan edib. Hazırda bütün əməkdaşlar işdən çıxarılma mərhələsindədir.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Xəbər Agentliyinin (FAN) baş direktoru Yevgeni Zubarev də açıqlama yayıb.

“Bu gün mən “Patriot” mediaqrupunu yaradan Federal Xəbər Agentliyinin baş direktoru olaraq elan edirəm ki, biz bağlanır və ölkənin informasiya məkanından gedirik. Bizimlə birlikə “Patriot” mediaqrupu da gedir”, – deyə Zubarev qeyd edib.

Qeyd edək ki,  “Patriot” medaiqrupu 2019-cu ildə yaradılıb. “Ekonomika Seqodnya”, “Politika Seqodnya”, “Nevskiye Novosti”, “Narodnie Novosti”, “RİA FAN” və “PolitPuzzle” nəşrləri “Vaqner”in silahlı qiyamından sonra fəaliyyətini dayandırıb.

“Vaqner” üsyanı günü “Roskomnadzor” hərbi üsyanda iştirak etmək çağırışlarının yayılmasının qarşısını almaq üçün Priqojinin resurslarını bloklamağa başladı. İğtişaşdan sonra isə saytlar fəaliyyətini davam etdirdi.