FotoJet 2023 03 29T102554.986

“Yevgeni Priqojin yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə, Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Rusiya Prezidentinin xalqa müraciətindəki detallardan söz açıb:

“Kreml sahibi Vladimir Putin üçün yolun sonu görünməyə başladı. Putin çıxışında təsadüfən 1917-ci ilə xatırlatmadı. Əvvəllər də yazmışdım ki, Putin II Nikolayın yolu ilə gedir. II Nikolay gərəksiz halda “serb qardaşlarımıza dəstək” bəhanəsi ilə Rusiya imperiyasını Birinci Dünya müharibəsinə daxil etdi. Müharibədə Rusiya imperiyasının vəziyyəti ağırlaşdı, itkiləri artdı, iqtisadiyyat çökdü, bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ keçirdilər, II Nikolayı da ailəsi ilə güllələdilər. 100 ilin hadisələri ilə bugünkü hadisələr arasındakı fərq sadəcə bundan ibarətdir ki, bolşeviklər II Nikolayın düşməni idilər, “Vaqner” muzdlu qruplaşması və qruplaşmanın rəhbəri Priqojin isə Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir”.

Politoloq hazırkı vəziyyətin ehtimal nəticəsindən söz açaraq bunun Azərbaycanın da maraqlarına cavab verdiyini deyib:

“Priqojin son aylarda müharibə haqqında real vəziyyəti söyləyənlərdən biri idi. O, yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək. Müharibə və ordu haqqında doğruları söylədiyinə görə Rusiya cəmiyyətində və orduda Priqojinə rəğbət artmışdı. Putin köhnə dostunu dayandıra bilməsə, vəziyyət Kreml sahibi üçün qəlizləşəcək”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: