
Naxçıvanla sərhəddə Arazdəyən istiqamətində tikilməkdə olan metallurgiya zavodunun ərazisində Ermənistan və ABŞ bayraqları ucaldılıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı erməni Teleqram kanallarında görüntülər paylaşılıb.
Ermənistan bir müddətdir ki, ABŞ-ın 70 milyon dollar yatırdığı, tikintisinə daha çox hindistanlıların cəlb edildiyi zavoda Azərbaycan tərəfinin atəş açdığını iddia edir. ABŞ bayrağının ucaldılmasını isə təhlükəsizlik tədbiri olaraq əsaslandırırlar.
Qeyd edək ki, Ermənistanın bu addımı Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasının qarşısını almaq cəhdi kimi dəyərləndirilir.
Ayşən Mustafa
Globalinfo.az