Türkiyə Xarici İşlər Nazirliyi Kosovonun şimalında baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Globalinfo.az xəbər verir ki bəyanatda qeyd edilib:
“Kosovonun şimalında baş verən hadisələri narahatlıqla izləyirik. Bu hadisələr regional təhlükəsizliyə və sabitliyə ziyan vurur.
Türkiyə bütün tərəfləri zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırır. Gərginliyi azaltmağın və regionda davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolu davam edən dialoq prosesində irəliləyişə nail olmaqdır”.