Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar səsvermə başa çatıb.
Globalinfo.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.
Hazırda səslərin sayılmasına başlanılır.
İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlamışdı.