bayramov mirzoyan

“XİN rəhbərlərinin Vaşinqton görüşündə tərəflərin mövqeləri yaxınlaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan deyib.

Onun sözlərinə görə, hər iki tərəf bir-birinin yanaşması barədə yaxşı təsəvvürə malik olub:

“Rəsmi Vaşinqton hər şeyi etdi ki, pozitiv atmosfer yarada bilsin və bu, mümkün müqavilə ilə bağlı mövqelərin yaxınlaşdırılması üçün məhsuldar mərhələ oldu. Əlbəttə, bəzi məsələlər var ki, müzakirə olunmalıdır. Ona görə də Brüsseldə ən yüksək səviyyədə görüş təşkil edilir. Bunun davamı isə Moskvada XİN rəhbərlərinin görüşü olacaq”.

Ovanisyan Moskva görüşünün Vaşinqtondakı danışıqların davamı olacağını söyləyib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: