prez 10 may

Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində dediyi cümlə ictimaiyyətdə böyük maraqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə Prezidentin mərhum Heydər Əliyevə məruzəsi ilə bağlı dedikləri müzakirə olunmaqdadır.

İlham Əliyev çıxışında bildirib ki, Ümummilli Liderin ən böyük arzusu Şuşanı azad görmək idi:

“Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”

Paylaş: