siyavus mecli

Parlamentin son iclasında deputatlar televiziyalardakı neqativ hallardan bəhs ediblər və TV-lərin siyasətinin yanlış olduğunu vurğulayıblar. Xüsusən Siyavuş Novruzov telekanalları sərt tənqid edib və onların xalqın əxlaqını pozduğunu iddia edib.

Turan İbrahimov 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan jurnalist Turan İbrahimov televiziyalarla bağlı tənqidi fikirlər səsləndirməyin dəbdə olduğunu deyib:

“Bu gün istər sadə vətəndaşlar, istərsə də ictimaiyyət nümayəndələri televiziyalarla bağlı narazılıqlarını bildirirlər. Əslində, hər kəsin narazılıq etməsi üçün səbəb və əsaslar var. Cəmiyyətin narazılığının səbəbini anlayıram. Onlar Türkiyə, Rusiya, eləcə də digər ölkələrin telekanallarına baxırlar və müqayisə edib, öz fikirlərini bildirirlər. Amma deputatların televiziyaları tənqid etmələri obyektiv görünmür, çünki onlar nəyin nə olduğunu çox yaxşı bilirlər”.

49583199 655999118135829 7008124297528999936 n

T.İbrahimov deyib ki, özəl televiziyalara yetərincə imkanlar yaradılmır:

“Televiziyalara yaradıcılıq və azadlıqla bağlı imkan yaradılmalıdır. TV rəhbərləri öz işçilərinə azadlıq vermirlər. Ona görə də aparıcılar əsas mövzulardan yayınaraq, gəlib çıxırlar sosial mövzulara və şouya. Nəticə də göz qabağındadır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: